Mirmehdi Ağaoğlunun hekayəsi Türkiyədə yayımlandı

Mirmehdi Ağaoğlunun hekayəsi Türkiyədə yayımlandı
29 noyabr 2019
# 12:40

APA-ın əməkdaşı, yazıçı Mirmehdi Ağaoğlunun “Qonşu və ölüm” hekayəsi Türkiyənin nüfuzlu sənət və ədəbiyyat portalı “Ogitto”da dərc olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, realist janrda yazılmış hekayə gənc qadının qəfil ölümündən və ondan sonra yaşanan mənəvi sıxıntılardan bəhs edir.

Hekayəni türk dilinə yazıçı-tərcüməçi Orhan Aras çevirib. Hekayə türk dilində ilk dəfə Almaniyada nəşr olunan “Referans” jurnalında çıxıb.

Xatırladaq ki, bundan əvvəl yazıçının “Qırmızı çəpiş” adlı hekayəsi həmin saytda çap edilmişdi.

Gallery

# 2304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #