Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"

Mirmehdi Ağaoğlu: "AYB də Anar kimi qocalıb"
21 yanvar 2020
# 14:35

Yazıçı Mirmehdi Ağaoğlu yazıçı Əli Novruzova müsahibə verib.

Kulis.azın verdiyi xəbərə görə, "akinchi.org" saytında yayımlanan müsahibədə o, ədəbiyyatla bağlı bir sıra problemlərə toxunub, Azərbaycan Yazıçılar Birliyi və onun rəhbəri Anar barədə tənqidi fikirlər səsləndirib.

O, deyib: “Dövlət ədəbiyyata və onun müxtəlif sferalarına qayğı göstərməlidir. Hazırkı forma isə Sovet dövründən qalan formanın davamıdır. Biz dərk etməliyik ki, bu yaxınlarda 85 yaşını qeyd edən Yazıçılar Birliyi muzey eksponatı kimi, 85 yaşlı ədəbiyyat ocağı kimi gözəldir. Amma müasir dövrdə bu işləkdirmi? Xeyir! Yazıçılar Birliyi də Anar kimi qocalıb. Ahıl yaşına çatıb. Heç bir iş görə bilməz."

M.Ağaoğlu daha sonra əlavə edib: "AYB-dən kənarda olan nə qədər yazıçı var. Tutalım prezident təqaüdü verilir, bu da yalnız birliyin üzvləri üçün nəzərdə tutulur. Birliyin üzvü olmayan nə qədər yazıçı var. Kömək göstərilirsə, onlara da bu imtiyazlar verilməli, kömək göstərilməlidir. Onlar niyə kənarda qalmalıdır? Mənə elə gəlir ki, hazırda ədəbiyyat yaradanlar da daha çox elə o kənarda qalanlardır”.

Həmin müsahibəni təqdim edirik

# 3212 dəfə oxunub

Müəllifin son yazıları

# # #