Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək

Miri Yusif "Yaşat" fondu üçün konsert verəcək
26 yanvar 2021
# 15:29

Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Kulis.az xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcəkdir.

Konsert “SS Production” şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaqdır. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15 -də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

# 1922 dəfə oxunub

Müəllifin son yazıları

# # #