Mədəniyyət Nazirliyində yeni şöbə müdiri təyin edildi

Mədəniyyət Nazirliyində yeni şöbə müdiri təyin edildi
2 sentyabr 2020
# 15:45

Mədəniyyət Nazirliyində kadr islahatları davam edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Zemfira Hüseynbəyli Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Təyinata qədər o, Azneft İB-də “İnsan resurslarının transformasiyası” layihəsinin icraçısı, təlim və inkişaf proqramlarının rəhbəri olub.

İnsan resurslarının idarə edilməsi üzrə müxtəlif təlim proqramlarının müəllifidir.

İngilis, rus, türk dillərini bilir.

# 2194 dəfə oxunub

Müəllifin son yazıları

# # #