Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini açıqladı

Mədəniyyət Nazirliyi 2021-ci il üçün əsas hədəflərini açıqladı
10 fevral 2021
# 17:54

Mədəniyyət Nazirliyindən bildirilib ki, qurum xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edir:

- Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması

- Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi

- Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı

- Mədəni irsin qorunması, bərpası və inkişafı

- Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası

- “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi

- Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi

- Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi

- COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi.

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #