Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı

Manyak haqqında filmin çəkildiyi ev satışa çıxarıldı
14 oktyabr 2020
# 14:51

“Quzuların səssizliyi” adlı filmin çəkildiyi Perriopolisdəki ev 300 min dollara satışa çıxarılıb.

Bina filmdəki personajlardan biri - Buffalo Bill ləqəbli manyak üçün “ev” rolunu oynayıb. Filmin ekranlara çıxdığı 1991-ci ildən bəri ev praktik olaraq dəyişməz qalıb. Yeganə fərq zirzəmidə nəhəng bir çuxurun olmamasıdır (səhnə pavilyonda lentə alınıb).

Evin özü 1910-cu ildə tikilib. Binanın həyətində hovuz, həmçinin üç avtomobil üçün ayrıca qaraj var. Satıcının dediyinə görə, içəridəki hər şey döşəmələr, taxta dekorasiya əşyaları, lampalar, qapılar və hətta kaminlər orijinal vəziyyətdə qorunub saxlanılıb.

“Bizə zəng vuran, mesaj yazan çox sayda insan var. Onlar ev ilə maraqlanmadıqlarını, yalnız filmi sevdiklərini deyirlər. Bu dəlilikdir, filmin bu qədər pərəstişkarı olduğunu bilmirdim”, - deyə rieltor bildirib. /oxu.az/

# 1936 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #