Lent.az 13 yaşını qeyd edir

Lent.az 13 yaşını qeyd edir
25 iyun 2021
# 10:11

Bu gün Azərbaycanın ilk azərbaycandilli xəbər portalı olan Lent.az-ın fəaliyyətə başlamasından 13 il ötür.

www.Lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb.

Portal bu günədək 405 mindən çox materialı oxuculara təqdim edib.

Pandemiya dövründə, karantin günlərində də Lent.az oxucularının bütün mənalarda yanında olub. Oxunma sayından və eləcə də sosial şəbəkələrdəki səhifələrimizdən belə məlum olur ki, saytımıza oxucuların da diqqəti xeyli artıb. Diqqətiniz və bizə ayırdığınız zaman üçün sizlərə minnətdarıq!

İzləməkdə davam edin...

<a href='https://lent.az/' class='hyperlink' target='_blank'>Lent.az</a>-ın 13 yaşı

# 1863 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #