Kulisin əməkdaşı dünya səviyyəli kino tənqidçiləri arasında - Maraqlı seçim

Kulisin əməkdaşı dünya səviyyəli kino tənqidçiləri arasında - Maraqlı seçim
27 noyabr 2019
# 13:10

Britaniyanın "BBC Mədəniyyət" nəşri tərəfindən keçirilən sorğuya əsasən qadın rejissorların hazırladığı ən yaxşı filmlərin siyahısı təqdim olunub.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, sorğuda dünyanın müxtəlif ölkələrindən 368 kinotənqidçi iştirak edib.

Azərbaycanı bu səsvermədə kinotənqidçi Sevda Sultanova təmsil edib.

Səsvermə nəticəsndə Ceyn Kempionun “Piano” filmi birinci yeri tutub.

İlk onluğa düşən digər filmlər bunlardır:

Aqnes Varda “Kleo beşdən yeddiyədək”

Şantal Akerman “Janna Dilman”

Kler Deni “Gözəl iş”

Sofiya Koppola “Tərcümənin çətinliyi”

Vera Xitilova “Qızçiçəyilər”

Ketrin Biqelou “Ölümcül pusqu”

Maren Ade “Toni Erdmann”

Andrea Arnold “Akvarium”

Culi Deş “Toz qızları”

Ümumilikdə, tənqidçilər 760 film üzərindən seçim ediblər.

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #