Kubrik haqqında çəkilən filmin traileri yayımlandı

Kubrik haqqında çəkilən filmin traileri yayımlandı
14 aprel 2020
# 16:40

Məşhur Amerika rejissor Stenli Kubrik haqqında çəkilən sənədli filmin traileri yayımlandı.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, rejissor Georgi Monro tərəfindən ekranlaşdırılan “Kubrik by Kubrik” adlı sənədli filmin traileri artıq yayımlanıb.

Sənədli film məşhur kino tənqidçisi və “Pozitiv” dərgisinin redaktoru olan Mişel Klimetin Kubriklə olan müsahibələrindən ibarətdir. Film rejissorun 50 illik sənət karyerasını əhatə edir.


Filmin premyerası 2020-ci ildə keçiriləcək Tribeca Film Festivalında nümayiş olunacağı planlaşdırılır.

# 2332 dəfə oxunub

Müəllifin son yazıları

# # #