Koronavirusa yoluxan Əməkdar artist xalqa müraciət etdi

Koronavirusa yoluxan Əməkdar artist xalqa müraciət etdi
14 dekabr 2020
# 10:15

Əməkdar artist Anar Heybətov koronovirusa yoluxdu.

Kulis.az xəbər verir ki, bu barədə Əməkdar artist şəxsi Feysbuk səhifəsində məlumat paylaşıb. O, insanların məsuliyyətsizliyindən şikayət edib:

“Ağır günləri keçdik şükür Allaha. Bəzi insanlar xəstəliklərini gizlədir. Belə eləmək olmaz. Başqalarının həyatını təhlükəyə atırsınız. Burda ayıb bir şey yoxdur. Qızdırmalı halda insanların çox olduğu yerə getmək lazım deyil. Bu məsuliyyətsizlikdir. Simtomları hiss etdikdə dərhal həkimə müraciət edin. Başqalrının həyatını riskə atmayın. Mən məhz belə məsuliyyətsiz insanların ucbatından bu xətəliyə yoluxdum. Şükür Allaha vəziyyətim yaxşılığa doğrudur. Amma elə insanları yoluxdura bilərsiniz ki, həyatları ilə vidalaşa bilərlər. Maksimum ehtiyyatlı və ağıllı davranmaq lazımdır. Sizin səhvinizin və məsuliyyətsizliyinizin qurbanı ola bilər kimlərsə. Hətta virusa yoluxmasalar belə. Diqqətli olaq!”

# 1850 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #