Keçmiş sevgilisi Hollivud ulduzlarının terapevtini öldürdü

Keçmiş sevgilisi Hollivud ulduzlarının terapevtini öldürdü
18 fevral 2020
# 10:39

Hollivud ulduzlarının terapevti Amy Harvik keçmiş sevgilisi tərəfindən öldürüldü.

Münasibətlər üzrə mütəxəssis Amy Harvik 39 yaşında keçmiş sevgilisi tərəfindən öldürüldü. Ötən həftənin şənbə günü terapevtin evindən gələn səslər səbəbi ilə qonşuların polisə müraciət etməsindən sonra evə daxil olan polislər eyvanda Harvikin cəsədini tapıblar.

Polis araşdırmaları nəticəsində terapevtin ölümündə şübhəli bilinən Harvikin keçmiş sevgilisi saxlanılıb.

# 2056 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #