Uzun illərdir böyük izləyici kütləsi toplayan Amerika istehsalı “Simpsonlar” cizgi filmi bir neçə gün əvvəl Prezident Donald Tramp tərəfdarlarının Kapitoli binasına hücum etməsini də vaxtilə cizgi filmdə təqdim ediblər.
Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, cizgi filmdə viking geyimli, başında dəbilqə olan birinin binaya girməsi, başqa birinin isə danışıq kürsüsünü aparması qeyd olunub. Hər iki hadisə Tramp tərəfdarları tərəfindən Kapitoli binasına hücum zamanı gerçəkləşib.
Xatırladaq ki, əvvəllərdə cizgi filmdə Amerikadakı əkiz qüllələrin vurulması, Donald Trampın prezident seçilməsi, korona virusunun yayılması və buna bənzər hadisələr öz əksini tapıb.