Jerar Depardye aşbaz roluna çəkilir

Jerar Depardye aşbaz roluna çəkilir
29 iyun 2020
# 17:02

Məşhur fransız aktyoru Jerar Depardye “İmamu” adlı filmə çəkilməyə başlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, gənc rejissor Sloni Sounun ekranlaşdırdığı filmdə Depardye üçüncü dərəcəli mətbəxin aşbazı rolunu canladırır.

Çəkilişləri Fransada yerləşən məşhur Fontevro monastrında davam edən filmin növbəti il Kann film festivalına təqdim olunması planlaşdırılır.

Xatırladaq ki, iyirmi il əvvəl Jerar Depardye “Vatel” tarixi dramında Vatelin məhkəməsində idarəçi və kulinariya mütəxəssisi rolunu oynamışdı.

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

# # #