İstirahət mərkəzində mərhum şairin adına nömrə açılacaq

İstirahət mərkəzində mərhum şairin adına nömrə açılacaq
31 yanvar 2020
# 18:38

Fevralın 10-dan etibarən Moskvanın cənub qərbindəki “Uzkoye” sanatoriyasında Boris Pasternaka məxsus xatirə otağı açılacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, xüsusi nömrənin açılış mərasimi bu il Pasternakın 130 illik doğum gününə təsadüf edəcək.

Sanatoriyanın maliyə məsələləri üzrə məsləhətçisi Andrey Trubetskoyun sözlərinə görə, vaxtilə rus zadəganına məxsus olan malikanə sonralar sanatoriyaya çevrilib.

Otaq Pasternakın həyat və yaradıcılığını əhatə edəcək formada hazırlanacaq. Təşkilatçılar bununla şairin xatirəsini əbədələşdirdiklərini hesab edirlər.

# 2060 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #