İran rejimindən qaçan rejissor Oskara müraciət etdi  -  Mətn

İran rejimindən qaçan rejissor Oskara müraciət etdi  -  Mətn
5 oktyabr 2021
# 14:30

Çağdaş İran kinosunun öndə gedən isimlərindən olan və hal-hazırda mühacir həyatı yaşayan rejissor Bəhmən Qubadi Oskar Akademiyasının rəhbəri Don Hudsona məktub yazaraq, müahacirətdə olan rejissorlara ayrıca kateqoriya ayrılmasını istəyib.

Kulis.az həmin məktubun mətnini təqdim edir.

“Bir İranlı olaraq İslam rejimi səbəbi ilə ölkəmdə yaşamıram. Haqlarımı və özünüifadə azadlığımı qorumaq üçün sürgündə yaşamaq məcburiyyətindəyəm. Dünyada bir çox film rejissorunun üzləşdiyi vəziyyətdir. Deməyə ehtiyac yoxdur, öz ölkələrində haqlarından məhrum edilmiş və səssizcə əziyyət çəkən bir çox müstəqil rejissor var. Bu cəsur rejissorlar nəinki senzura və qadağaya məruz qalır, onlar həm də “Oskar”a namizəd olmaq imkanından məhrum qalıblar. Mənim kimi mühacirətdə əziyyət çəkən başqa film rejissorlarının olduğunu da bilirəm. Bu səbəbdən də, Oskar mükafatlandırılması məsələlərində mühacirətdə yaşayan rejissorlardan bir nəfər nümayəndə seçilməsi yaxşı olardı. Bu filmlərin beynəlxalq miqyasda izlənməsini, həm də onun şərtləri haqqında məlumatlılığı artıracaqdır."

# 1463 dəfə oxunub

Müəllifin son yazıları

# # #