İnsanları birləşdirən söz ilin sözü seçildi

İnsanları birləşdirən söz ilin sözü seçildi
10 noyabr 2020
# 14:04

Lokdaun ilin sözü seçilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu söz lokdaun ("lockdown") olub.

Lokdaun və ya təcrid rejimi yeni növ koronavirus səbəbi ilə 2020-ci ildə bir sıra ölkələrdə tətbiq edilib.

Mütəxəssislər bu sözü “dünyadakı milyardlarla insanı birləşdirdiyi üçün” seçiblər. Leksikoqraflar ötən il dörd min dəfə işlədilən sözlə müqayisədə 2020-ci ildə lokdaun sözünün 250 mindən çox istifadə edildiyini müəyyən ediblər.

İlin sözü seçilməyə namizədlər arasında “koronavirus” da olub.

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

# # #