Həsən Seyidbəyli haqqında kitab nəşr olunub

Həsən Seyidbəyli haqqında kitab nəşr olunub
5 noyabr 2020
# 14:49

Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist Həsən Seyidbəyli haqqında məqalələr toplusu nəşr olunub.

Kulis.az xəbər verir ki, topluya görkəmli yazıçı və ekran ustasının şəxsiyyəti, yaradıcılığı və filmləri haqqında araşdırma yazıları, eyni zamanda, filmlərinin kadrarxası məqamlarını əks etdirən məqalələr, aktyorlar və H.Seyidbəylinin övladları ilə müsahibələr, görkəmli adamların onun haqqında fikirləri daxil edilib. Sənətkar ömrünün müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və filmlərindən kadrlar onun şəxsiyyət və yaradıcı insan kimi portretinin bitkin olmasına yardım göstərəcək.

Onu da qeyd edək ki, toplunun nəşrinin ideyası Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyova məxsusdur. Toplunun tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur. Nəşr Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino sənətkarlarımız” seriyasından ilk nəşridir.

# 2756 dəfə oxunub

Müəllifin son yazıları

# # #