Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi

Hazır ol qayıdışa - Şəhriyar Şuşaya şeir həsr etdi
23 noyabr 2020
# 10:30

Bir Şəhərin nəğməsi

Şuşa,
hazır ol qayıdışa,
uzağı gələn qışa,
qapını döyəcəyik.

Dağların qartalları,
qovdular çaqqalları,
girdik elə savaşa,
bizə zəfər yaraşar.
Hamımız deyəcəyik:

Sən nə gözəl nəğməsən,
səni oxuyum gərək;
baxışın günəş-günəş,
nəfəsin külək-külək.
Çörək ətirli vətən...

Mən səni tanıyırdım
çiskin yağış sonrası
torpağın qoxusundan.
Elə bil çin çıxmısan
körpəmin yuxusundan -
hüsnünə min tamaşa.

Şuşa,
hazır ol qayıdışa,
uzağı gələn qışa,
qapını döyəcəyik.

Dağların qartalları,
qovdular çaqqalları,
girdik elə savaşa,
bizə zəfər yaraşar.
Hamımız deyəcəyik:

Sən nə gözəl nəğməsən,
səni oxuyum gərək;
baxışın günəş-günəş,
nəfəsin külək-külək.
Şeir sətirli vətən.

Şuşam - Eşqi həmişəm...

# 1970 dəfə oxunub

Müəllifin son yazıları

# # #