Harri Potter serial olur

Harri Potter serial olur
26 yanvar 2021
# 16:08

Amerika televiziya şirkəti HBO, Harri Potterin macəraları əsasında serial yayımlayacağını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Hollywood Reporter jurnalında məlumat yer alıb. Bildirilib ki, şirkət yayımlanacaq serial üçün ssenaristlərlə danışıqlar aparılır. Layihənin baş tutmasının Harri Potter kitablarının müəllifi J.K. Roulinq serialın çəkilməsinə razılıq verməsindən asılı olduğu bildirilib. Yalnız ondan sonra şirkətlər NBC Universal media korporasiyası ilə razılaşmalıdırlar.

Qeyd edək ki, Harri Potter silsiləsi 1997-ci ildən 2007-ci ilə qədər yayımlanıb. Roman əsasında səkkiz film çəkilib. Harri Potter kitabları 400 milyon nüsxə tirajla nəşr olunub və dünyanın 65 dilinə tərcümə edilib.

# 1648 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #