Haluk Bilginer Beynəlxalq “Emmi” mükafatına layiq görülüb

Haluk Bilginer Beynəlxalq “Emmi” mükafatına layiq görülüb
26 noyabr 2019
# 10:21

Məşhur türk aktyoru Haluk Bilginər “Şahsiyet” serialındakı Agah Beyoğlu roluna görə 47-ci Beynəlxalq “Emmi” mükafatına mükafatına layiq görüldü.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, o, mükafatı "ən yaxşı kişi aktyor" kimi qazanıb. Mükafatı almaq üçün səhnəyə çıxan aktyor “Özümü çox yaxşı hiss edirəm. Özümdən çox bu mükafatın Türkiyə adına alınmasına görə sevincliyəm. Çox sevərək gördüyü bir işin başqaları tərəfindən beynəlxalq platformada təqdir olunması və mükafata layiq görülməsi insanı xoşbəxt edir. Çox xoşbəxtəm.”

Xatırladaq ki, qalib 21 ölkə içərisindən 11 kateqoriya ilə 44 namizəd arasından seçilib.

“Şahsiyet” serialının ssenaristi, yazıçı Hakan Günday, rejissoru isə Onur Saylakdır.

# 2341 dəfə oxunub

Müəllifin son yazıları

# # #