Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb

Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
18 fevral 2020
# 18:56

Fevralın 18-də Azərbaycanın görkəmli bəstəkarlarından biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “İstiqlal” ordenli Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefinin açılışı olub.

Kulis.az xəbər verir ki, açılış mərasimində dövlət və hökumət üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə görkəmli bəstəkar, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlu, akademik Rəfael Hüseynov, Xalq şairi Anar Rzayev və istefada olan polis general-mayoru Kamil Məmmədov çıxış edərək Vasif Adıgözəlovla bağlı xatirələrini bölüşüb, bəstəkarın keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan bəhs ediblər.

Sonda Xalq artisti Yalçın Adıgözəlov çıxış edərək dövlət başçısına atasının yaradıcılığına göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Sonra müəllifi heykəltəraş Aslan Rüstəmov olan barelyefin açılışını bildirən qırmızı lent kəsilib. /azertag/

# 2787 dəfə oxunub

Müəllifin son yazıları

# # #