Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib.
Konsertin aparıcısı Humay Muxtarova çıxış edərək bu əlamətdar gün barədə məlumat verib. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Sonra tədbir konsert proqramı ilə davam edib. Konsertdə sevilən müğənnilərin ifası qonaqlara xoş əhval-ruhiyyə bəxş edib. /azertag.az/