Gənc yazar filosofu tənqid etdi: “Bayağılıq niyə sevilir?”

Gənc yazar filosofu tənqid etdi: “Bayağılıq niyə sevilir?”
18 dekabr 2019
# 10:15

“Cəmiyyət filosof Müşfiq Şükürovu niyə qəbul edir?”

Bunu gənc yazar, son vaxtlar sərt tənqidi yazılarla gündəmə gələn Müşfiq Şükürlü tanınmış filosof, öz adaşı Müşfiq Şükürov (Ötgün) haqqında yazıb.

O, daha sonra əlavə edib:

“...Onu bir filosof kimi qəbul etmirəm. İstər fəlsəfəyə münasibətində mistik, qeyri-ciddi mövqeyi, istər qadınlara qarşı haqsız yanaşması. Zaman-zaman fikirlər səsləndirib. Hamısında qeyri-adilik görmüşəm, demək olar. İş burdadır ki, orijinallıqdan çox, anormallıq və ya düzgün verilməmiş qərar, yanlış nəticə kimi görünüblər mənə. Bəzilərimizin də hərdən etdiyi toplumla cəbəlləşib, sırf onu qıcıqlandırıb diqqət çəkmək naminə yeni söz adı ilə ortaya atılan əcaib fikirlər Müşfiq Şükürovdan da yan keçməyib”.

Yazar fikirlərini belə yekunlaşdırıb:

“Ümumən, cəmiyyətdə yüngüllük, bayağılıq niyə daha rahat həzm olunur və sevilir? Bunun səbəbini bilmirəm. Bəlkə də belə lazımdır. Daha ciddi, sanballı simalar, beyinlər ictimai şüur üçün artıqdır. Ağırlıqdı, bəlkə də.”

# 2242 dəfə oxunub

Müəllifin son yazıları

# # #