Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün tamaşa

Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün tamaşa
12 fevral 2020
# 17:57

Fevralın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və cadugər” tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni aktrisa Ayla Osmanovadır. Səhnə əsərinin quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

# 1857 dəfə oxunub

Müəllifin son yazıları

# # #