Fəxri Uğurlu Səyyad Əizadədən yazdı: Onun o mahnısı... - Video

Fəxri Uğurlu Səyyad Əizadədən yazdı: Onun o mahnısı... - Video
1 oktyabr 2021
# 11:01

“Sartr deyirdi ki, işğal dövrünü fransızların yadına salmaq istəyirsinizsə, zəhmət çəkib qalın-qalın kitablar yazmağa ehtiyac yoxdur, Parisin küçələrində alman hərbi marşlarını səsləndirin.”

Bu sözləri müğənni Səyyad Əlizadənin vəfatından kədərləndiyini ifadə edən tanınmış yazıçı Fəxri Uğurlu yazıb. O, daha sonra əlavə edib:

“Səyyadın “Nə tez mən səninçün unudulmuşam” mahnısı da mənə 90-cı illərin ağır, amma xoş bir gününü bütün rəngləri, bütün duyğularıyla xatırladır. Bəlkə hər dəqiqəsini gündəliyə köçürmüş olsaydım, zamanın o bir qarışlıq kəsiyini bunca aydın xəyalıma gətirə bilməzdim. Allah rəhmət eləsin - Səyyad Əlizadəyə də, o gedər-gəlməz günə də...”

Mahnını təqdim edirik.

# 5321 dəfə oxunub

Müəllifin son yazıları

# # #