Folklor nümunələrinin qorunması ilə bağlı şərtlər sərtləşdirildi

Folklor nümunələrinin qorunması ilə bağlı şərtlər sərtləşdirildi
18 dekabr 2020
# 17:50

Folklor nümunələrinə əqli mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı tətbiq edilən üsullar sərtləşdirilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi tətbiq edilə bilər.

İndiyə kimi bu məbləğ şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək idi.

# 1609 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #