Flora Kərimova: "Bu gün ad günümü unutduğum gündür"

Flora Kərimova: "Bu gün ad günümü unutduğum gündür"
23 iyul 2020
# 16:29

“Bu gün Ağdamın işğalından 27 il ötür! Anası qarabağlı olan mənim ad günümü unutduğum gündür! 27 ildir bu ağrı mənim, millətimin təqvimindədir”

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədəki hesabında yazıb. Bu gün doğum günü olan sənətkar, artıq 27 ildir ad gününün qeyd etmədiyini, bu qədər şəhid verən, torpaq itirən bir xalqın nümayəndəsi olaraq ad günü keçirməyə haqqının olmadığını qeyd edib:

“Bir ana övladının yoxluğuna ağlayırsa, bir övlad atasız qalıbsa, ürəyim sevinə, üzüm gülə bilməz! Haqqım yoxdur! Bağışlayın məni!

Bağışlayın ki, yazılan hər xoş sözünüzə, hər yazınıza, sayğınıza tək-tək münasibət fürsətim olmur. Ancaq Sizlərə, siz xalqa hər zaman təzimim var. Var olun!

Son hadisələr ümid verir ki, Şuşamı, Ağdamı, Qarabağımı görə biləcəm. O, zəfər günü fərəhimə, qürurlanmağıma səbəb olacaq ki, bu acı günlər qələbəmizlə tariximizin səhifələrində qalacaq! Qismət olsun... öpürəm hər birinizi!”

# 2099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #