Filipp Kirkorov bu ölkəni məhkəməyə verir

Filipp Kirkorov bu ölkəni məhkəməyə verir
21 yanvar 2021
# 17:39

Rusiyanın mənşhur müğənnisi Filip Kirkorov ölkəyə girişinə qadağa qoyulduğu üçün Litvanı məhkəməyə verməyə hazırlaşır.

Kulis.az RİA Novosti-yə istinadən xəbər verir ki, sənətçi siyasətin mədəniyyət, sənət və idman sahələrinə sirayət etməməli olduğunu bildirib.

Xatırladaq ki, Filipp Kirkorovun yanvarın 19-da Kırımın ilhaqına dair mövqeyinə görə yaxın beş il ərzində Litvaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, Litva səlahiyyətlilərinin Rusiya musiqiçiləri üçün səyahət qadağaları tətbiq etməsi ilk dəfə deyil. 2019-cu ildə Grigory Leps , ölkə rəhbərliyi tərəfindən qara siyahıya salınıb. Beş il əvvəl Cozep Kobzon , Oleg Kazmanov və müğənni Valeria bu siyahıya daxil edilib.

# 2321 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #