Faiq Ağayev qələbə mahnısı oxuyacaq

Faiq Ağayev qələbə mahnısı oxuyacaq
9 dekabr 2020
# 17:59

Xalq artisti Faqi Ağayev tarixi qələbəyə həsr olunan mahnısını təqdim edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Xalq artisti özü məlumat paylaşıb. O, şəxsi Feysbuk hesabında sözləri və musiqisi Xanım İsmayılqızına aid olan “Sən qalibsən” adlı mahnısını sabah dinləyicilərin ixtiyarına verəcəyini qeyd edib:

“Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi əzəmətli, tarixi Qələbəsinə həsr olunmuş, sözləri və musiqisi Xanım İsmayılqızına aid olan “Sən qalibsən” adlı mahnımı sabah səhər saatlarından etbarən Yutub kanalımda və bütün FM radiolarda dinləyə biləcəksiniz.”

# 2521 dəfə oxunub

Müəllifin son yazıları

# # #