Facebooku həyatımızdan necə silməli?

Facebooku həyatımızdan necə silməli?
5 noyabr 2019
# 21:00

Facebook, Twitter, Instagram və digər sosial şəbəkələr bir-birindən faydalı və əyləncəlidir. Amma araşdırmalar sübut edir ki, bugünkü sosial şəbəkə alışqanlıqlarımız çox da sağlam olmaya bilər. Getdikcə həyatımızın bir parçasına çevrilən sosial şəbəkə ilə aranızda müəyyən məsafə saxlamağı düşündünüzmü heç?

Əslində bunu düşünən və hətta bu yöndə müəyyən cəhdlər edən istifadəçilərin sayı heç də az deyil. Tez-tez hesabını müvəqqəti olaraq bağlayan dostlarınız yəqin ki var. Ancaq çox adam sosial şəbəkələrdən xilas olmaq istəsə də, bunu bacarmır. Çünki istifadəçilərin çoxu belə fikirləşir ki, sosial şəbəkədən uzaqlaşmaq yeniliklərdən xəbərsiz qalmaq deməkdir.

Kulis.az “sosyalmedya.co” saytına istinadən sosial şəbəkələrdən uzaqlaşmaq istəyənlər üçün 6 məsləhət təqdim edir.

İstifadə qaydaları müəyyən edin

Əslində problem Facebookun, yaxud da Twitterin özündə deyil, onu nizamsız şəkildə istifadə etməkdədir. Yəni sosial şəbəkələri müəyyən qrafiklə, lazımi qaydada istifadə edə bilsək, problem qalmaz. Məsələn, özünüzə belə qadağa qoya bilərsiniz ki, saat 21.00-dan sonra Facebooka girməyəcəm. Yaxud Instagrama ancaq həftə sonları girəcəm.

Image result for facebook and people"

Sosial şəbəkə yerinə başqa bir məşğuliyyət tapın

Şəbəkələrin istifadə səviyyəsinin artmasının səbəbi ağıllı telefonların daim əlimizin altında olmasıdır. Nə vaxt ürəyimiz sıxılsa, telefonu əlimizə götürüb İnstagrama yaxud, Facebooka nəzər yetiririk. Amma darıxanda sosial şəbəkələrə girmək əvəzinə başqa bir məşğuliyyət tapmaq mümkün deyilmi? Bu vərdişi kitab oxumaq (lap elə telefonun özündən), hobbinizlə məşğul olmağa, yaxud kiməsə zəng edib əhval tutmaqla əvəzləmək olar.

Telefondan tətbiqetmələri silin

Ən asan variantlardan başlayıb daha sərt tədbirlərə doğru davam edək. Yuxarıdakıları edə bilmirsinizsə, telefonunuzdan sosial şəbəkə tətbiqetmələrini yerli-dibli silməyi sınaqdan keçirin.

Image result for facebook and people"

Kompüterinizdən saytları bloklayın

Tutaq ki, telefondan sildiniz. Bəs kompüter? Onun da çarəsi var. Müəyyən proqramlar vasitəsi ilə siz istədiyiniz sayta girişi əngəlləyə bilərsiniz.

Xəbərləri RSS-lə izləyin

Çox adam sosial şəbəkələrə giriş səbəbi kimi xəbərləri ordan izlədiyini deyir. Amma siz xəbər saytlarının RSS xidmətinə abunə olaraq xəbərləri RSS-dən izləyə bilərsiniz.

Image result for facebook and people"

Hesablarınızı silin

Əgər yuxarıdakıların hamısını etdiniz və xeyri olmadısa, onda sosial şəbəkə hesablarınızı yerli-dibli silin. Bu o qədər də rahat veriləcək qərar deyil. Amma internet asılılığı həyatınızı yaşamağa mane olursa, bu qərarı verə bilərsiniz.

# 4608 dəfə oxunub

Müəllifin son yazıları

# # #