Erotik filmlərin ulduzu vəfat etdi

Erotik filmlərin ulduzu vəfat etdi
7 dekabr 2020
# 10:43

Erotik komediyaların ulduzu, amerikalı aktrisa Pamela Tiffin vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter”da məlumat verilib. Xəstəxanda dünyasını dəyişnə 78 yaşlı ulduzun hər hansı bir xəstəliyinin olmadığı, anidən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Tiffin ilk film kariyerasına 1961-ci ildə başlayıb. Billy Uaylderin "Bir, iki, üç" və Piter Qlenvillin " Yaz" və "Tüstü" filmlərində rol alıb. Hər iki əsəri üçün də “Qızıl Kürə” mükafatına namizəd olub.

Sənətçi karyerası boyunca "Öpüşlərlə öldür", "Bu gün, sabah, sabahkı gün", "Baş mələk" və "Cənubdan Viking" kimi məşhur italyan filmlərində rol alıb.

# 1685 dəfə oxunub

Müəllifin son yazıları

# # #