Ermənilər tərəfindən dağıdılan daha bir abidəmiz: Şıxlar türbəsi

Ermənilər tərəfindən dağıdılan daha bir abidəmiz: Şıxlar türbəsi
13 noyabr 2020
# 16:21

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan abidələrdən biri Cəbrayıl rayonunda yerləşən Şıxlar türbəsidir.

Şıxlar türbəsi (Dairəvi türbə) Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında yerləşir. Türbənin yuxarı hissəsi 1993-cü ildə erməni işğalı zamanı dağıdılıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

# 2621 dəfə oxunub

Müəllifin son yazıları

# # #