Eminqueyin imza günü olacaq

Eminqueyin imza günü olacaq
10 fevral 2020
# 14:38

Fevralın 16-da, saat 15-də şair Eminqueyin “Günəbaxan” şeirlər kitabının təqdimatı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabın imza günü “Azərkitab”da baş tutacaq. Şairin yeni səsləndirilmiş 3 şeiri ilk dəfə olaraq təqdimatda təqdim olunacaq.

Tədbirdə həmçinin Yaqub İlyasovun rəhbərlik etdiyi "Nəfəs" musiqi qrupu da çıxış edəcək.

Qeyd edək ki, “Alatoran” nəşriyyatında işıq üzü görən kitab 200 nüsxə ilə nəşr edilib.

# 1683 dəfə oxunub

Müəllifin son yazıları

# # #