Elza Seyidcahan dəfnə tac ilə qatılmasından danışdı - "Öz dərdlərini çəksinlər"

Elza Seyidcahan dəfnə tac ilə qatılmasından danışdı - "Öz dərdlərini çəksinlər"
18 mart 2020
# 10:51

Əməkdar artist Elza Seyidcahan Xalq artisti Rafael Dadaşovun yas mərasiminə tacla qatılmasından danışıb.

Kulis.az-a açıqlama verən Əməkdar artist onun dəfnə tac ilə qatılmasını tənqid edənlərin kübar olmadıqlarını deyib:

“Birincisi, mən dəfn günü çəkilişdən qayıdırdım. Elza Seyidcahan hara necə geyinmək lazım olduğunu çox gözəl bilir. Gedib çılpaq gəzib, ora-buralarını kəsdirənlər öz dərdlərini çəksinlər. Yas mərasimlərinə tac ilə getmək qəbahət deyil. Bunu söz edənlər kübar adamlar deyil, Avropa mədəniyyətindən xəbərləri yoxdur. Lap elə, Avropa mədəniyyəti olmasın, bizim milli ənənəmizdə, tarixən xanımlarımız daş-qaş içində bərq vurublar. Elə indi qadın mollalarımız da par-par parıldayır. Qırmızı geyinmə, qara geyin, başına tac qoy. Orda kimisi papaq qoymuşdu, kimisi çalma, abadok taxmışdı. Mən də başıma tac qoymuşam. Tacın qaşları qara rəngdə idi. Əgər qırmızı qaşlı olsaydı çıxarardım. Düşündüm ki, çıxartmaq lazım deyil. Kim nə iş görür, öz işidir. Hərə özünə cavabdehdir. Elzanın bu günə kimi nəyindən yazmadılar ki? Qoy bu dəfə də tacımdan yazsınlar.”

# 3567 dəfə oxunub

Müəllifin son yazıları

# # #