Elnarə idmançılardan klip çəkdi

Elnarə idmançılardan klip çəkdi
3 sentyabr 2021
# 16:35

Müğənni Elnarə “Əvəzimi tap” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.

Kulis.azın verdiyi xəbərə görə, klipin kick-boxing adlı idmanla məşğul olanlara həsr olunub. Ekran işində Elnarə kick-box idman növü ilə məşğul olan xanımı canlandırır.

Müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxır:

“İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio 2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medalllar qazanan idmançılarımıza həsr edirəm”.

Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Stilist Könül Aslanova, qrim ustası Fatimə Vazehidir.

# 1542 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #