Elçin Hüseynbəyli yeni roman yazdı

Elçin Hüseynbəyli yeni roman yazdı
4 sentyabr 2020
# 13:18

Yazıçı Elçin Hüseynbəylinin yeni romanı nəşrə hazırlanır.

Bu barədə Kulis.az-a yazıçının özü məlumat verib. “Vida” adlanan yeni romanının artıq çapa getdiyini bildirən yazıçı, əsərin əsasında kinossenari yazdığını artıq rejissorlarla müzakirələrə başlanıldığını da qeyd edib.

“Vida” romanı yazıçının "Gözünə gün düşür" hekayəsi əsasında qələmə alınıb. Əsərdə işğal altında olan yurdu ilə vidalaşmağa və orda ölməyə gedən, çarəsiz xəstə həkimin iztirablarından bəhs olunur.

Elçin Hüseynbəyli karantin müddətində yaradıcılığa daha çox zaman ayırdığını vurğulayıb:

“ Bundan başqa uşaqlar üçün "Dəniz və dostları" kitabını yazmışam. Artıq o kitab da nəşriyyatdadır. "Komadakı mən" romanımı və "Pərixan sultan" tarixi romanımı işləyirəm. Əhməd bəy Ağaoğlu haqqında romana hazırlıqlar aparıram”.

# 2796 dəfə oxunub

Müəllifin son yazıları

# # #