Duqlasla Kristof Reyqan və Qorboçovu canlandıracaq

Duqlasla  Kristof Reyqan və Qorboçovu canlandıracaq
14 dekabr 2020
# 18:41

Amerikalı aktyor Maykl Duqlas və avstriyalı aktyor, rejissor və ssenarist Kristof Vals “Paramount Pictures” kinostudiyasının hazırladığı televiziya serialında ABŞ prezidenti Ronald Reyqan və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun obrazını canlandıracaqlar.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, serial “Reyqan Reykyavikdə: Soyuq müharibəyə son qoyan 48 saat” kitabı əsasında ekranlaşdırılır.

Bildirilib ki, kitabın müəllifi ABŞ-ın Silahlara Nəzarət və Silahsızlaşdırma Agentliyinin keçmiş direktoru Kennet Edelmandır. Bu agentlik 1961-1999-cu illərdə fəaliyyət göstərib və Edelman ona Reyqanın prezidentliyi dövründə (1983-1987) illərdə rəhbərlik edib.

Serialın rejissoruluğu Ceyms Fouliyə həvalə olunub. Filmin icraçı prodüserləri Ceyms Fouli və Yutçi fon Lintel olacaq.



# 1064 dəfə oxunub

Müəllifin son yazıları

# # #