Dünyaşöhrətli yazıçının əsəri serial olur

Dünyaşöhrətli yazıçının əsəri serial olur
31 iyul 2020
# 12:47

Dünyaşöhrətli yazıçı Oldos Hakslinin eyni adlı utopiya romanı əsasında “The Island” serialı çəkilir.

Kulis.az xarici mediaya istinadə xəbər verir ki, layihə Hollivud kinoulduzu Leonardo Dikaprioya məxsus “Appian Way” studiyası və “In Good Company Films” ilə birlikdə hazırlanacaq. Sənətçinin özünün də serialda rol alacağı bildirilib. Ancaq hansı obrazda oynaması haqqında açıqlama verilməyib.

Qeyd edək ki, 1962-ci ildə nəşr olunan roman, Hind okeanında bir adada təcrid olunmuş bir cəmiyyətdən bəhs olunur.

Xatırladaq ki, "The İsland" bu il Hakslinin romanı əsasında çəkilən ikinci serialdır. İyul ayının əvvəlində də yazıcının "Cəsur yeni dünya"əsəri əsasında çəkilən serial yayımlanmışdı.

Gallery

# 2365 dəfə oxunub

Müəllifin son yazıları

# # #