Dünya şöhrətli alimimiz: "Koronavirusa qalib gəlsək, bizi yeni sivilizasiya gözləyir"

Dünya şöhrətli alimimiz: "Koronavirusa qalib gəlsək, bizi yeni sivilizasiya gözləyir"
15 aprel 2020
# 11:51

Dünya şöhrətli alim, görkəmli azərbaycanlı professor Rafiq Əliyev koronovirusla bağlı fikirlərini bölüşüb. Kulis.az xəbər verir ki, alimin sözlərinə görə o, uzun illər əvvəl bu barədə anons verib və qeyd edib ki, əsrimizin 30-cu illərindən etibarən bizi yeni sivilizasiya qarşılayacaq.

“Mən o zaman demişdim ki, təqribən bu əsrin 30-cu illərində biz yeni bir sivilizasiyada yaşayacağıq. Ona görə ki, bu sivilizasiya davam gətirə bilməyəcək, çünki entropiya hədsiz çoxalıb”.

Alimin fikrincə bu həm də fərdi sınaqdı. Hər kəs durumla bağlı günahkardır və nicat yolu da etirafdadır.


“Bütün insanlar bu gün yaranmış vəziyətə görə səhvlərini, günahlarını etiraf edərlərsə (bu vəziyyətin yaranmasında hər birimizin o virus boyda günahımız var), xüsusən, siyasətçilər, dövlət adamları, hərbçilər və elm adamları, əyləncəyə mlyonlar xərcləyib, elmə isə balaca bir camda pay verənlər yanlışlıqlarını anlayarlarsa... Bu, birinci mərhələdir.

Rafiq Əliyev insanların elmə hörmətinin bərpa olunmasını ən böyük etiraf sayır.

“İndi bütün insanları nə düşündürür? Siyasətçilərdən, dövlət adamlarından tutmuş, sıradan insanlara qədər hamı düşünür ki, görəsən, alimlər nə etdilər, bu bəlanın əlacını tapdılarmı? Görəsən, nə vaxt tapılacaq?

Yenidən hər kəsin vektoru elmə, alimlərə yönəlib. Bax, mən tövbə etmək buna deyirəm.. Yaranmış katasiz göstərir ki, biz əgər bu bəladan qurtula biləriksə, bu çətinlikdən çıxarıqsa, o zaman bayaq dediyim sivilizasiyaya gedəcəyik.

Orada isə tamamilə başqa münasibətlər olacaq. Əgər bundan düzgün nəticə çıxara bilsək”.

Yeni sivilizasiyaya keçə bilsək, gərək burada da elmlə əxlaq arasında bir harmoniya olsun. Əsl alimlər yaratdıqlarını humanist məqsədlər üçün yaradırlar”.

Alimin fikrinc yeni sivilizasiyada ən önəmli məqamlardan biri elmlə əxlaqın paralel getməsdiri. O, bu nizami daha çox alimlərdən, siyasətçilərdən gözlədiyini açıqalyıb.

“Vacibdir ki, elmlə əxlaq, humanist dəyərlər yanaşı getsin. Təəssüf ki, indi əxlaqi dəyərlər çox axsayır... Düşünürəm ki, əgər bəşəriyyət bu “Taclı bəla”dan xilas olsa, gələcək sivilizasiya elm üzərində qurulacaq. Arzum budur ki, dediyim sivilizasiyada görüşək”./moderator.az/

# 5518 dəfə oxunub

Müəllifin son yazıları

# # #