“Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə “Ləman” nəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Aşıqlar Birliyinin sədri, şair- publisist Dərviş Osman Əhmədoğlunun “Mən Borçalıda qaldım” adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabda şairin işıq üzü görməyən poeziya nümunələri, saz-söz adamlarının ona həsr etdikləri şeirləri və ürək sözləri yer alıb. Kitabın redaktoru Güllü Eldar Tomarlı, texniki redaktoru Vüsal Əmirov, məsləhətçisi Savalan Osmanlı, “Ön söz” müəllifi isə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır. Şeirlər toplusu şairin sayca səkkizinci kitabıdır.