Bu gündən Rusiyanın mədəniyyət paytaxtı sayılan Sankt-Peterburq şəhərində Fyodor Dostoyevskinin 200 illik yubileyi ilə bağlı mədəniyyət marafonu başlayacaq.
Kulis.az rus saytlarına istinadən xəbər verir ki, marafon yazıçının Nekropoldakı məzarında yeni abidənin açılışı ilə start götürəcək.
Peterburqda yubiley şərəfinə təşkil olunacaq tədbirlər il boyu davam edəcək. Həmçinin Dostoyevski Muzeyində yeni ekspoziyianın təqdimatı da keçiriləcək. Muzeydə sərgilərin, dəyirmi masa arxasında müzakirələrin və mühazirələrin də gerçəkləşdirilməsi nəzərdə tutulur.