Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı

Di Kaprio ABŞ prezidentinə açıq məktub yazdı
27 yanvar 2021
# 16:01

Amerikalı aktyor Leonardo Di Kaprio yeni prezident seçilmiş Co Baydenə açıq məktub ünvanlayıb.

Kulis.az xəbər verir ki, aktyor şəxsi İnstaqram profilində paylaşım edərək ABŞ prezidentinə müraciət edib.

Di Kaprionun müraciəti ekoloji təmizliyin qorunması ilə bağlı olub. O, Baydenə müraciətində bunları yazıb:

"Siz elə edə bilərsiniz ki, bütün dünyada yanacaq yox, təmiz enerjidən istifadə olunsun. Bu həm iş yerlərinin artmasına, zərərli tullantıların azalmasına, həm də iqtisadi bərabərsizliyi aradan qaldırmağa kömək edəcək".

# 1689 dəfə oxunub

Müəllifin son yazıları

# # #