Çingiz Abdullayev canlı yayıma çıxacaq

Çingiz Abdullayev canlı yayıma çıxacaq
22 aprel 2020
# 12:44

Xalq yazıçısı, Yazıçılar Birliyinin katibi, Azərbaycan PEN Klubun prezidenti, Çingiz Abdullayev bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin başlatdığı #menimsevimliyazarim çağırışına evdən qoşularaq, oxucuları ilə görüşəcək.

İdarədən Kulis.az-a bildirilib ki, Çingiz Abdullayevlə görüş saat 16.10-da Baş İdarənin @bakimedeniyyetidaresi “Instagram” hesabından canlı yayımlanacaq. Oxucular sevimli yazıçı ilə ünsiyyət qurub, onun yaradıcılığı haqqında suallar verib, arzu və istəklərini canlı bağlantıda bildirə bilərlər.

# 2902 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #