Çin səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə etdi

Çin səfirliyi Milli Kitabxanaya kitablar hədiyyə etdi
27 aprel 2021
# 12:48

Azərbaycan Milli Kitabxanası Çin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində kitabxana-informasiya sahəsində, sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir.

Kulis.az xəbər verir ki, bu məqsədlə aprel ayında Çinin ölkəmizdəki səfirliyi Milli Kitabxanaya 243 nüsxə ingilis və çin dillərində, 5 nüsxə rus dilində kitablar, eyni zamanda 9 DVD ingilis və 3 DVD rus dilində hədiyyə edib. Həmin kitablar Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalının Çinin daimi guşəsində və Xarici ədəbiyyat kolleksiyasında öz yerini tutub. Beynəlxalq əməkdaşlıq zalında yaradılan Çin daimi guşəsində Çin mədəniyyətinə, ədəbiyyatına, tarixinə, iqtisadiyyatına, memarlığına, rəssamlığına, incəsənətinə, texnologiyasına dair kitablar öz əksini tapıb.

Qeyd edək ki, Beynəlxalq əməkdaşlıq zalının açılışı 2019-cu il sentyabrın 27-də olub. Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət Nazirliyi, 13 ölkənin Milli Kitabxana direktorları və Azərbaycandakı diplomatik nümayəndələri iştirak ediblər. Hazırda Beynəlxalq əməkdaşlıq zalında 14 ölkənin ədəbiyyat guşəsi mövcuddur. Zalda, eyni zamanda həmin ölkələrin kitabxanaları ilə birbaşa internet əlaqəsi yaradaraq faydalanmaq mümkündür.

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

# # #