Cəfər Cabbarlının bu pyesi 31 mart soyqırımına səbəb olub - İddia

Cəfər Cabbarlının bu pyesi 31 mart soyqırımına səbəb olub - İddia
17 avqust 2020
# 18:01

Kulis.az Həmid Herisçinin Cəfər Cabbarlının "Trablis müharibəsi" pyesi ilə bağlı qeydini təqdim edir.

1917-ci ildə 17 yaşlı gənc Cəfər Cabbarlı öncəgörmələrlə dolu öz ilk pyesini - "Trablis müharibəsi" pyesini qələmə alır. Süjetə görə Liviya 1911-12-ci illərdə eynən indiki kimi iki hissəyə parçalanmışdı. Şeyx Sanussi türkpərəst idi, indiki Liviya siyasətçisi Səccad kimi, əleyhdarı Şeyx İdris isə Qərbpərəstdi. Eynən indiki feldmarşal Xaftar kimi.

1918-ci ilin martında Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə bu əsər Bakının "İsmailiyyə" binasında ilk və son dəfə səhnələşdirilir.

İlk dəfə Azərbaycan ictimaiyyəti türk əskər-zabitlərini, paşalarını məhz bu teatr tamaşasında görür. İlk dəfə türklər bax bu cür - virtual şəkildə Bakıda peyda olurlar, sonra sentyabr ayında isə real qüvvə kimi Bakını düşmən caynaqlarından qurtarırlar.

Məhz bu tamaşa Bakıda Osmanlı əskərlərinə sayqı, sevgi yaradaraq yerli daşnaklarda qorxu doğurur. Nəticədə Bakıda 30 mart qırğınları başlayır. Yəni 30 mart qırğınının səbəbi də məhz bu teatr tamaşası, yəni növbəti dərviş Məstəli şahın, üzr istəyirəm C. Cabbarlının teatr tamaşasıdır.

Gallery

# 3148 dəfə oxunub

Müəllifin son yazıları

# # #