Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar

Ceylanın yeni filmi nədən bəhs edir? – Detallar
28 sentyabr 2020
# 14:57

Məşhur türk rejissoru Nuri Bilge Ceylan yeni filmin çəkilişlərinə hazırlaşır.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, “Quru otlar üzərinə” adlı yeni filmin 2021-ci ildə Türkiyədə ekranlaşdırılacağı planlaşdırılır. Filmdə baş rolları Deniz Celiloğlu, Merve Dizdar və Musab Ekinci canlandıracaq.

Film İstanbulda işləmək ümidi ilə Anadolunun ən ucqar kəndində müəllimlik xidmətini başa vuran gənc və subay Samet adlı müəllimin həyatından bəhs edəcək.

2022-ci ildə nümayişi gözlənilən filmin may ayında Kann Fİlm Festivalında nümayişi də gözlənilir.

# 2405 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #