Cem Yılmaz yeni film çəkəcək

Cem Yılmaz yeni film çəkəcək
17 may 2021
# 10:38

Məşhur komediya aktyoru və rejissoru Cem Yılmaz 2006-cı ildə ekranlaşdırdığı “Hoqqabaz” filminin davamı olan film çəkəcəyini bildirib.

Kulis.az xəbər verir ki, aktyor öz Twitter hesabında “Hoqqabaz” filminin posterini paylaşaraq yazıb:

“15 il əvvəl çəkdiyimiz bu gözəl film üçün çox yaxşı mesajlar aldım. Hər kəsə təşəkkür edirəm, bu mənim öz hekayəmdir. 2022-ci ildə İskəndərin başqa bir hekayəsini çəkəcəyəm”.

Xatırladaq ki, Cem Yılmazın İsgəndər obrazını canlandırdığı “Hoqqabaz” filminin heyətində Mazhar Alanson, Özlem Tekin, Tuna Orhan, Tuncer Salman, Gürgen Öz, Caner Alkaya və Şennur Kaya kimi məşhur aktyorlar olub.

# 2311 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #