Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı çap olundu

Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı çap olundu
4 fevral 2020
# 13:12

Tənqidçi, professor Cavanşir Yusiflinin şair Səlim Babullaoğlunun poetik mətnləri barədə filoloji qeydlər və söhbətlərdən ibarət “Sözdən əşyaya” adlı kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, “Mütərcim” nəşriyyatında dərc edilən kitabda çağdaş şair Səlim Babullaoğlunun poetik yaradıcılığı araşdırılır, onun yaratdığı bədii mətnlər dünya şeirindən maraqlı və əhəmiyyətli bədii nümunələrlə qarşılaşdırılaraq təhlil edilir.

Esse, tənqidi məqalə, araşdırmanın kəsişməsində filoloji baxışla və müvafiq dillə yazılan bu kitab Cavanşir Yusiflinin, Filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədova və şair Qismət Rüstəmovla şairin yaradıcılığı ilə bağlı müxtəlif vaxtlarda elədikləri təhlili söhbətlərlə tamamlanır.

Qeyd edək ki, kitab Azərbaycan Kitabının Təbliği Assosiasiyasının dəstəyi ilə çapa hazırlanıb.

Kitabın təqdimatı yaxın vaxtlarda gözlənilir.

# 2108 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #