Canəli Əkbərovun 80 illik yubileyi keçiriləcək

Canəli Əkbərovun 80 illik yubileyi keçiriləcək
3 mart 2020
# 19:01

Martın 10-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Canəli Əkbərovun anadan olmasının 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, gecədə xanəndənin həyat və yaradıcılığından söz açılacaq, muğam sənətinin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində tanınmış xanəndələrin iştirakı ilə konsert proqramı təqdim olunacaq.

Konserti Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət edəcək.

# 2194 dəfə oxunub

Müəllifin son yazıları

# # #