Bu da Venesiya festivalında yarışacaq filmimizin treyleri - Video

Bu da Venesiya festivalında yarışacaq filmimizin treyleri - Video
18 avqust 2020
# 00:24

Rejissor Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filminin treyleri yayımlandı.

Kulis.az xəbər verir ki, treyler "Ucqar Film"in "YouTube" kanalında təqdim olunub.

Qeyd edək ki, "Səpələnmiş ölümlər arasında" filmi dünyanın ən nüfuzlu film festivallarından olan Venesiya festivalının A kateqoriyalı siyahısına düşüb. Bu hadisə Azərbaycan kino tarixində ilkdir.

77-ci Venesiya Film Festivalı 2020-ci ilin 2-12 sentyabr tarixləri ərzində İtaliyanın Lido adasında baş tutacaq.

Filmin treylerini təqdim edirik.

# 2727 dəfə oxunub

Müəllifin son yazıları

# # #